AZ

Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib, təmasların davamı ilə bağlı razılıq əldə olunub

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Martın 10-da Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.

Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
35
apa.az

10Mənbələr