AZ

Suriya və Livan liderləri sərhədlərin təhlükəsizliyinin vacibliyini müzakirə ediblər



Livan Prezidenti Cozef Aun və Suriya Prezidenti Əhməd Şara telefon danışığında regional hadisələri müzakirə edərək, iki ölkə arasında koordinasiyanın artırılmasının və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Livan Prezident Aparatının açıqlamasına görə, Aun və Şara telefon danışığı zamanı regiondakı son hadisələri müzakirə ediblər və mövcud həssas vəziyyətin iki ölkə arasında əlaqələndirmə və məsləhətləşmələrin artırılmasını zəruri etdiyini qeyd ediblər.Aun və Şara "xüsusilə sərhədlərin təhlükəsizliyinin təmin edilməsinin və hər hansı bir tərəfdən təhlükəsizlik pozuntularının qarşısının alınmasının" vacibliyini qeyd etdilər.

Bu arada, Suriya ordusu Hizbullahın gecə saatlarında Livan ərazisindən Dəməşqin cənub-qərbindəki Serqaya şəhəri ətrafındakı Suriya ordusunun mövqelərinə artilleriya hücumları etdiyini bildirdi

aia.az
Tərcümə şöbəsi



Seçilən
40
1
aia.az

2Mənbələr