AZ

BƏƏ yə hücumlar: yaralananlar arasında azərbaycanlılar da var

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı BƏƏ Müdafiə Nazirliyi X hesabında məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Ümumilikdə 24 ölkədən 122 nəfər yaralanıb. Nazirliyin açıqlamasında bildirilir ki, hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları da həlak olub. Yaralananların isə yüngül və orta dərəcəli xəsarətlər aldığı qeyd edilir. Rəsmi məlumata əsasən, yaralananlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Azərbaycan və Türkiyə vətəndaşları da var. Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
2
azvision.az

3Mənbələr