Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə vətəndaş qəbulukeçirilib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilir ki, Energetika Nazirliyində təşkil olunan qəbulzamanı mənzilin təbii qaz təchizatı, qaz sayğacının dəyişdirilməsi,işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib,qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlliüçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaşmüraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbərvəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafikinazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.