Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 10 mart, AZƏRTAC
Cari ildə “ƏDV geri al” layihəsi çərçivəsində 35 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 34 milyon 926,2 min manat olub. Hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 1.368,4 min manat təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.