AZ

Bazarda şübhəli düyülər satışa çıxarılıb DİQQƏT!

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son günlərdə düyü keyfiyyəti ilə bağlı narahatlıqlar diqqət çəkir. Bir neçə gün əvvəl alınan düyü 5 dəqiqə qaynayanda palçıq kimi olur və üzərində istehsal yeri qeyd edilməyib. Bu vəziyyət istehlakçılar üçün düzgün seçim etməyi çətinləşdirir və məhsulun keyfiyyəti barədə suallar doğurur. Bəzi düyülər yarı türk, yarı Azərbaycan mənşəli olur, bu da istehlakçının məhsulu ayırmasını çətinləşdirir. İnsanlar təbii və keyfiyyətli düyünü necə ayıracağını, yerli məhsullara yoxsa xarici məhsullara etibar etməli olduğunu bilmək istəyir.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, düyü sənayesi sürətlə inkişaf edən əkinçilik sahəsidir: "Vaxtilə düyünün bir hektardan məhsuldarlığı 3 ton olurdu, indi isə hibritləşmə və digər texnologiyalar sayəsində bu göstərici 11 tona çatdırılır. Düyünün dəmlənməsi isə bir çox amillərdən asılıdır. Düyünün növü, suyun miqdarı, dəmlənmə müddəti və düyünün həcmi mühüm rol oynayır. Bəzi düyülər yalnız az sayda insan üçün bişirilə bilər, lakin makaron tipli düyülər xüsusi üsullarla, çəltiyi (qabıqlı düyü) suda saxlayaraq hazırlanır, sonra qurudulur və qabığı təmizlənir".Ekspert deyib ki, makaron tipli düyülər bişirilərkən bir-birinə yapışmır və insanlar bunu üstün hesab edirlər:"Əslində, yapışan düyü daha faydalıdır və yerli düyülər bu cürdürz. Xaricdən gətirilən yapışan və xeyirli düyülər isə azdır. Belə düyünü dəmləmək üçün diqqətli olmaq lazımdır və müəyyən parametrlərə əməl olunmalıdır. Yapışmayan düyü faydalı hesab edilmir. Ən yaxşı düyü isə qara düyü və ya şrifələnməmiş, ağ olmayan sarı düyüdür. Məhsulun etiketində məlumatların düzgün göstərilməməsi isə istehlakçıların hüquqlarının pozulmasıdır və istehlakçı mal haqqında geniş məlumat almaq hüququna malik olmalıdır" - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
demokrat.az

1Mənbələr