AZ

Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Azərbaycan kapital bazarlarında yeniliklərdən danışırıqsa, bu yeniliklərin mərkəzində məlumat dayanır. Müasir kapital bazarlarının əsas ehtiyaclarından biri isə şəffaflıq və məlumatlara sürətli çıxışdır.Bu yanaşmanı rəhbər tutaraq, Bakı Fond Birjasının statistik məlumatlarını yeni, interaktiv məlumat paneli formatında təqdim edir.Artıq istifadəçilərin müxtəlif faylları açaraq məlumat axtarmasına ehtiyac yoxdur; bütün əsas statistik göstəricilər vahid interaktiv şəkildə təqdim olunur.Bu platforma kapital bazarının bütün iştirakçıları üçün nəzərdə tutulub, məlumatlara daha sürətli və effektiv çıxış imkanı yaradır.Bakı Fond Birjası olaraq məqsədimiz məlumatların daha əlçatan təqdim olunması ilə kapital bazarının şəffaflığını və analitik imkanlarını daha da gücləndirməkdir.İnteraktiv məlumat paneli ilə buradan tanış ola bilərsiniz: https://www.bfb.az/bfb-data

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
marja.az

2Mənbələr