11 yaşlı braziliyalı futbolçu Bernardo Lopes “Botafoqo” akademiyasının yeni üzvüdür.
Publika.az xəbər verir ki, onun hekayəsi qısa zamanda futbol dünyasını duyğulandırıb.
Oğlanın cəmi bir yaşı olanda bədbəxt hadisə baş verib. Təsadüfən üzərinə qaynar su ilə dolu qazan aşıb və nəticədə o, üz nahiyəsindən ciddi yanıq xəsarətləri alıb. Hadisədən sonra Bernardo 7 ay xəstəxanada qalıb və həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparıblar.
Ağır travmanın nəticələrinə baxmayaraq, o, futbolçu olmaq arzusundan imtina etməyib.
İllər sonra Bernardo yeniyetmələr arasında keçirilən turnirdə iştirak edib və onun oyunu “Botafoqo”nun skautlarının diqqətini çəkib. Klub nümayəndələri gənc futbolçunun istedadından o qədər təsirləniblər ki, onu akademiyaya dəvət etmək qərarına gəliblər.