AZ

Qubada əmək yarmarkası: 56 boş iş yeri, 1000 manatadək maaş

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Quba, 10 mart, AZƏRTAC

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qubada keçirilən əmək yarmarkasında işaxtaranlara 56 boş iş yeri təklif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səkkiz işəgötürən tərəfindən təklif edilən işlərdə əməkhaqqı 400-1000 manat aralığında olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən əmək yarmarkasının əsas məqsədi işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, təhsil, satış, maliyyə-kredit və istehsal sahələri üzrə olub. Belə ki, yarmarkada turizm sahəsi üzrə 3, təhsil üzrə 1, satış üzrə 1, maliyyə-kredit üzrə 2, istehsal sahəsi üzrə 1 işəgötürən iştirak edib.

Yarmarkaya çıxarılan vakansiyaların 6-sı satıcı-kassir, 3-ü kredit mütəxəssisi, 3-ü bələdçi, 2-si sürücü, 5-i aşpaz, 4-ü operator, 10 ofisiant, barmen, 3-ü fəhlə, 10-u satıcı və kassir, 1-i mühasib, 2-si anbardar və sairə ixtisas və peşələr olub.

Tədbirin gedişatında işəgötürənin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Filial tərəfindən əmək yarmarkasına çıxarılan vakansiyalara dair tələblər təhlil olunaraq, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 650-dən çox vətəndaşla iş aparılıb. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Müxbir - Elxan Yusifli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
azertag.az

1Mənbələr