AZ

İranın səhiyyə sektoruna ciddi şəkildə ziyan dəyib

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin nəticələri ağırlaşır.

Tehran Təcili Tibbi Yardım Departamentinin rəis müavini Mehr Soruş müharibənin başlanğıcından bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfərin həyatını itirdiyini, 4 min 309 nəfərin isə yaralandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "IRIB News"a danışan Soruş 28 fevraldan bəri təşkil edilən hücumlarda paytaxtdakı 18 təcili yardım maşınının və 18 təcili yardım stansiyasının zədələnərək istifadəyə yararsız hala düşdüyünü bildirib.

Bu vəziyyətin yaralılara müdaxilə prosesini və tibbi xidmətləri ciddi şəkildə axsatdığı qeyd olunur. Hücumların təsiri təkcə paytaxtla məhdudlaşmayıb. Ölkə miqyasından gələn məlumatlara görə, hücumlar nəticəsində ümumi can itkisi 1200-ü keçərkən, yaralı sayı 10 minin üzərinə çıxıb.

Xüsusilə enerji infrastrukturuna və strateji nöqtələrə yönələn hava əməliyyatlarının mülki yaşayış məntəqələrində yaratdığı dağıntıların itkilərin artmasında ən böyük amil olduğu vurğulanır.

Seçilən
74
cebheinfo.az

1Mənbələr