AZ

Naxçıvan şəhərinin 2 məhəlləsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 10 mart, AZƏRTAC

Martın 11-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səbəbdən 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasından qidalanan 10 kV-luq 16 nömrəli hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Nəticədə 54 və 56-cı məhəllələrdə saat 14:30-dan 16:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
azertag.az

1Mənbələr