AZ

“Real Madrid”in braziliyalı futbolçusu əməliyyat olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 mart, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Rodriqo sağ ayağının ön çarpaz bağının qopması və diz qığırdağının zədəsi ilə əlaqədar əməliyyat olunub.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat uğurlu alınıb. Braziliyalı hücumçunun yaxın günlərdə bərpa prosesinə başlayacağı bildirilib.

Xatırladaq ki, Rodriqo ötən həftə İspaniya La Liqasının XXVI turunun “Xetafe” ilə matçında (0:1) zədələnərək mövsümü vaxtından əvvəl başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
8
azertag.az

9Mənbələr