AZ

Bakı metrosunda sıxlıq hər gün artır: 30 yeni vaqon...

Paytaxtda əhalinin və metrodan istifadə edən sərnişinlərin sayının artması “Bakı Metropoliteni”ndə yenilənmə işlərini zəruri edir. 

Sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün metroda yeni qatar və vaqonların alınması, köhnələrin isə mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlər görülür. 

Bəs son dövrdə metropolitenə neçə yeni vaqon alınıb və gələcəkdə bu istiqamətdə hansı planlar var? 

Mövzu ilə bağlı “Bakı Metropoliteni”ndən “Cebheinfo.az”-a bildirilib ki, gələcəkdə də yeni vaqonların gətirilməsi planlaşdırılır: 

"Son bir il ərzində Bakı metropolitenində Rusiya istehsalı olan 30 yeni vaqon alınıb. Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 300-ə qədər yeni vaqonun alınması planlaşdırılır".

Seçilən
78
1
cebheinfo.az

2Mənbələr