AZ

Xameneinin ölümünə görə İsmayıl Qaani edam edilib?

Bəzi ərəb mətbuatında yayılan iddialara görə, İranın “Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaani edam edilib. 

Moderator.az xəbər verir ki, iddialara görə, İran Kaanini İsrail casusu olması səbəbindən edam edib.

Lakin Təran bu xəbərləri təsdiqləyən rəsmi açıqlama yaymayıb, məsələ ilə bağlı ətraflı məlumat verməyib. Odur ki, iddianın mənbəyi və doğruluğu hələ də qeyri-müəyyəndir.

Əvvəllər İranın dini lideri Əli Xameneiyə qarşı sui-qəsdlərdə adı hallanan Kaani bu ittihamları rədd edib və həmin vaxtdan etibarən heç bir açıqlama verməyib. Sui-qəsdlərdə İranın yüksək rütbəli hərbi şəxslərinin də həyatını itirdiyi iddia olunurdu.

Kaaninin harada olduğu və rəsmi olaraq ittiham olunub-olunmadığı məlum deyil. İran mediası əvvəlcə onun sağ olduğunu yazsa da, sonradan Kaaninin də öldürülmüş ola biləcəyi iddia edilib.

Həmçinin, France24 kimi xarici xəbər agentlikləri də Kaaninin İranda casusluq ittihamı ilə tutularaq edam edildiyi barədə xəbər yayıb. Lakin İran rəsmiləri bu iddialara cavab verməyib.

 

Seçilən
78
2
moderator.az

3Mənbələr