İsrailin hücumlarına görə Livanda köçkün düşən insanların sayı kəskin şəkildə artıb.
Publika.az “Al Jazeera”yə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Livandakı nümayəndəsi Karolina Lindholm Billinq açıqlama verib.
Onun sözlərinə görə, 24 saat ərzində Livan daxilində 100 mindən çox insan didərgin düşüb:
"Bu günə qədər Livanda 667 mindən çox insan hökumətin onlayn platformasında məcburi köçkün kimi qeydiyyatdan keçib və bu, cəmi bir gündə 100 min artım deməkdir.