AZ

Qalibaf: ABŞ və İsrailə dərs verəcəyik

Tehran atəşkəs axtarışında deyil, əksinə, ABŞ və İsrailə gələcək hücumlarının qarşısını almaq üçün dərs vermək niyyətindədir.

"Yeni Sabah" istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.

O, "X" sosial media platformasında yazıb: "Biz qətiyyən atəşkəs axtarşında deyilik . İnanırıq ki, təcavüzkara o qədər güclü zərbə vurulmalıdır ki, onlar bu dərsi xatırlasın və bir daha İrana hücum etməyi düşünməsinlər".

Qalibaf İsraili "müharibə-danışıqlar-atəşkəs-yenidən müharibə" dövrü ilə mövqeyini gücləndirməkdə təqsirləndirib və İranın bu dövrü qırmaq niyyətində olduğunu vurğulayıb.

 


Telegram kanalımız
Seçilən
88
1
yenisabah.az

2Mənbələr