ain.az, Yeniavaz portalına istinadən məlumat verir.
İsrail Tehrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket tədqiqat və istehsal müəssisəsinə və Qüds Qüvvələrinin qərargahına hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İQQ) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin əsas infrastrukturuna bir sıra zərbələr endirib. Zərbələrdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun tədqiqat və inkişaf kompleksini hədəf alıb. Bu obyektdə SEPAH ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı təcrübələr və sınaqlar aparıb”.
Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri, həmçinin Qüds Qüvvələrinin qərargahındakı hədəflərə, eləcə də hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.