AZ

"Xahiş edirəm, ikiüzlülükdən qurtulun" - Bəqayidən fon der Leyenə CAVAB

İran Avropa Komissiyasının prezidentini ikiüzlülükdə günahlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media səhifəsində açıqlama verib.

Məlumata görə, Bəqayi Ursula fon der Leyeni ABŞ və İsrailin İrana qarşı müharibə cinayətlərini “ağartmağa” çalışmaqda ittiham edib. Diplomat fon der Leyenin karyerasını tarixin yanlış tərəfində qurulduğunu qeyd edərək, işğal, soyqırım və zorakılığı dəstəkləməsini vurğulayıb.

Bəqayi həmçinin soruşub ki, fon der Leyen Minabdakı qızlar ibtidai məktəbinə zərbə endirilərkən niyə susub və niyə ABŞ və İsrailin İrandakı xəstəxanalar, tarixi abidələr və yaşayış məntəqələrinə qarşı təcavüzlərinə şərh verməyib.

“Qanunsuzluq və vəhşiliklər qarşısında susmaq, iştirakçılıqdan başqa bir şey deyil”, – deyə o bildirib.

Xatırladaq ki, bir gün əvvəl fon der Leyen sosial mediada İran xalqının azadlığa və öz gələcəyini müəyyən etmək hüququna layiq olduğunu bildirib. O, həmçinin İranın Ali Lideri Ayətullah Əli Xameneinin sui-qəsdini dəstəklədiyini və İslam Respublikası xalqının artıq “ümid”ə sahib olduğunu vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqı fon der Leyeni səlahiyyətlərini aşdığına görə tənqid etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
109
1
redaktor.az

2Mənbələr