AZ

AQTİ-də bu mövzuda təlim təşkil edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təlim təşkil olunub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib.

Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından bəhs edilib. İnsanların sağlamlığını qorumaq üçün qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr