AZ

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına DƏYİŞİKLİK edilir

ain.az bildirir, Oxu.az portalına istinadən.

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

NK-ya, həmçinin həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə buradan tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
4
oxu.az

10Mənbələr