AZ

Xorvatiya məcburi hərbi xidməti yenidən tətbiq edib



Xorvatiyada məcburi hərbi xidmət 2008-ci ildə ləğv edilsə də, uzun fasilədən sonra məcburi hərbi xidmət yenidən tətbiq edilib və yüzlərlə gənc hazırlığa çağırılıb.

Hazırda təhlükəsizlik mühitinin dəyişməsi fonunda xidmət bərpa olunub və ilk mərhələdə təxminən 800 gənc hərbi hazırlığa cəlb edilib.

Rəsmi məlumatlara görə, ilk qrupda olanların yarıdan çoxu könüllü olaraq xidmətə yazılıblar. Qadınlar üçün hərbi xidmət məcburi olmasa da, proqram çərçivəsində onların da iştirakına imkan verilir.

Xorvatiya hakimiyyəti bildirir ki, Avropada dəyişən təhlükəsizlik mühiti fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi vacib hesab olunur. Planlara görə, hər il bir neçə çağırış mərhələsi keçiriləcək və ümumilikdə təxminən 4 min gəncin hərbi hazırlıq keçməsi nəzərdə tutulur.

İRADƏ

Seçilən
100
3
baki-xeber.com

2Mənbələr