AZ

"Google" qanunlara tabe olmur?

Rusiyada bəzi qadağan olunmuş məzmunlara girişi əngəlləmədiyi əsası ilə "Google" şirkətinə 11 milyon 400 min rubl (təxminən 145 min dollar) məbləğində cərimə kəsilib. 

"Cebheinfo.az" xəbər verir ki, "Google" əleyhinə açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb. Şirkətin bəzi qadağan olunmuş məzmunlara girişi məhdudlaşdırmadığı üçün qanunlara əməl etmədiyi qənaətinə gələn məhkəmə, "Google"un 11 milyon 400 min rubl cərimə ödəməsinə qərar verib. 

"Google"a daha əvvəl də qadağan olunmuş məzmunları silmədiyi, Rusiyadakı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı və bəzi qayda pozuntuları səbəbindən pul cərimələri verilmişdi. 

Şirkət son olaraq 27 fevralda əvvəlki cərimələri ödəmədiyi əsası ilə 16 milyard rubl məbləğində cərimə olunmuşdu. 

Seçilən
91
1
cebheinfo.az

2Mənbələr