ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml ABŞ-ın İranla kəşfiyyat məlumatlarını paylaşmamaq tələbi ilə bağlı xəbərə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı danışıb.
“Yalnız deyə bilərəm ki, Stiv Uittkoff rusiyalı həmkarları ilə əlaqə saxlayır. Bu ünsiyyət kanalı bizə ən həssas məsələlərdə bir-birimizə siqnallar ötürməyə imkan verir”, – deyə o qeyd edib.
Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya mesaj çatdırdığı ortaya çıxıb.
“Vaşinqton Moskvadan Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etmək üçün istifadə edilə biləcək kəşfiyyat məlumatlarını İranla paylaşmamasını istəyib”, – deyə o, mətbuat konfransında çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, ABŞ bu məsələni Rusiya qarşısında qaldırıb.
“Mən Rusiyaya bu barədə mesaj çatdırmışam”, – deyə Uitkoff vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.