Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə "Atalanta"nın qonağı olacaq "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Rəqib fiziki cəhətdən çox güclüdür. Nələrdəsə fevralın sonunda qarşılaşdığımız Dortmund "Borussiya"sını xatırladır. Onlar da üç müdafiəçi ilə oynayır və həmişə rəqib müdafiəsinin arxasına ötürmələr edirlər. "Atalanta"nın pressinqi çoxdan diqqət mərkəzindədir. Bu onlara çox şeydə uğur gətirir. Rəqib sıradan kollektiv deyil. Onları qiymətləndirməmək olmaz.
Keyn? O, yaxşı məşq edib. Amma özünü necə hiss etdiyini dəqiq bilmək üçün sabahı gözləməliyik. Bizim üçün Harrinin komandada olması, oynaya bilməsi vacibdir".
Tərəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.