Yazını böyüt
Yazını kiçilt
ABŞ və İsrailin İranın cənub-şərqində yerləşən Kirman vilayətində aeroportu vurması nəticəsində istifadədə olan 2 sərnişin təyyarəsi məhv olub.
Hafta.az xəbər verir ki, bunu İranın Kirman vilayəti valisinin müavini Rəhman Calali yerli mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, hava hücumları nəticəsində aeroportun bir hissəsinə ciddi şəkildə ziyan dəyib və yanğın baş verib.
Hazırda yanğının söndürülməsi üzrə iş aparılır.