AZ

Kreml Ukrayna ilə bağlı danışıqları davam etdirmək niyyətindədir

Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.

Məlumata görə, Peskov üçtərəfli formatın davam etdirilməli olduğunu vurğulayıb və ABŞ-nin vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu qeyd edib. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu səyləri yüksək qiymətləndirir.

Kremlin sözçüsü bildirib ki, hələlik konkret tarix və ya yer müəyyən edilməyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
57
redaktor.az

1Mənbələr