Ermənistanda “Dağlıq Qarabağ” separatçılarına məxsus “simvollar” yığışdırılır. Musavat.com “Hraparak”-a istinadla xəbər verir ki, Eçmiədzində “artsax”ın əski parçası olan “bayrağı” sökülüb. Bu da revanşist və daşnakçı ermənilərin qəzəbinə səbəb olub. Eçmiədzin kilsənin təsiri olan yerdir. Amma maraqlıdır ki, ötən il seçkilərdə Paşinyanın partiyası Eçmiədzində qalib gəlib.

Qeyd edək ki, Eçmiədzin kilsəsi erməni apostol kilsəsinin ruhani və inzibati mərkəzi kimi tanınır. Burada Ermənistan Apostol Kilsəsinin Katolikosu – yəni ali dini rəhbər yaşayır və fəaliyyət göstərir. Eçmiədzin adı erməni dilində “İsa Məsihin enib yerə vurduğu yer” kimi tərcümə olunur. Eçmiədzin rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" (m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir. Yəni "Əcdadların çölü", "Əcdadların yurdu" Eçmiədzin sözünün "Üç müədzin" birləşməsindən əmələ gəldiyi ehtimalı var.
Emil Salamoğlu
Musavat.com