Türkiyənin Beşiktaş klubunun baş məşqçisi Sergen Yalçın son oyunla bağlı hakim qərarlarına sərt reaksiyası ilə diqqət çəkib.
Vətəninfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, futbolun təbii gedişatına uyğun olmayan qərarlar oyunun ədalətinə xələl gətirir:
“Qazanarsan, uduzarsan – bu futbolda olur. Amma mənə çox gülməli gəlir. Bu qədər siyasət… Dünya qədər avro xərclənir, çox böyük pullar xərclənir. Çox böyük zəhmət çəkilir. Bura onların şəxsi təsərrüfatı deyil. Beşiktaş, Fenerbahçe və Trabzonspor var. Bunlar normal deyil, oyunun təbii gedişatına uyğun deyil.”
Sergen Yalçın hakimlərin sarı vərəqə və qırmızı kart məsələsində ədalətsiz davranışını da tənqid edib:
“İkinci sarı vərəqədən sonra oyunçunu necə meydandan qovmazsan? Adamı 20-ci dəqiqədə necə qovmazsan? Sənin işin budur. TFF səni bunun üçün göndərib. Deyib ki, qaydaları tətbiq et. Oyunda qaydalar var. Hakim və VAR-da olanlar qaydaları tətbiq edin. Bilal üçün, Orkun üçün qayda var, bunlar üçün qayda yoxdur. Bəsdir, bəsdir! Galatasaray qazandı, tamam. Amma bu bir az gülməli oldu, bir az komediya oldu.”
Baş məşqçinin sözləri, xüsusilə VAR sistemi və sarı vərəqə tətbiqində qeyri-bərabər yanaşmalarla bağlı sosial mediada geniş müzakirə mövzusu olub.