AZ

Britaniyanın maliyyə naziri: Yaxın Şərqdəki münaqişə inflyasiyanı artıra bilər

London, 10 mart, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ABŞ-İran münaqişəsinin yaratdığı iqtisadi təsirləri azaltmaq məqsədilə Beynəlxalq Enerji Agentliyinin üzv ölkələrinin strateji neft ehtiyatlarının koordinasiyalı şəkildə bazara buraxılmasını dəstəkləməyə hazır olduğunu bildirib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, maliyyə naziri İcmalar Palatasına bəyanatında Yaxın Şərqdə gərginliyin artmasının Böyük Britaniyada yeni yaşayış xərcləri böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, regiondakı münaqişənin iqtisadi təsiri onun miqyası və davametmə müddətindən asılı olacaq.

“Yaxın Şərqdə baş verənlərin iqtisadi nəticələri vəziyyətin nə qədər ciddi və uzunmüddətli olacağından asılıdır. Artıq müşahidə etdiyimiz proseslər yaxın aylarda inflyasiyaya təzyiq göstərə bilər”,- deyə Rivz bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
76
1
azertag.az

2Mənbələr