AZ

Müctəba Xameneinin gələcəyi bundan asılıdır – ABŞ və İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ

İranda ali dini lider postuna gözlənildiyi kimi Müctəba Xameneinin gətirilməsi regionda və beynəlxalq siyasətdə geniş müzakirələrə səbəb olub. ABŞ və İsrailin İranla gərgin münasibətləri fonunda yeni liderin təhlükəsizliyi və mümkün hədəf olub-olmayacağı sual doğurur. Maraqlıdır, Amerika Birləşmiş Ştatlarının Müctəba Xameneini hədəf almaq və ya ona qarşı hərbi və ya kəşfiyyat əməliyyatı həyata keçirmək ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, ABŞ administrasiyası Müctəba Xameneinin hakimiyyətə gəlməsini arzulayan tərəf deyil.

Xankəndidə

Onun sözlərinə görə, hətta ABŞ prezidenti Donald Trump da bunu açıq şəkildə ifadə edib və belə bir ssenaridən məyus olduğunu bildirib.

“Hazırda İranda əsas siyasi və hərbi güclərdən biri sayılan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Müctəba Xameneini dəstəkləyir və onun arxasında dayanır. Məhz bu dəstək səbəbindən onun ali dini lider seçildiyi ehtimal olunur.
Müctəba Xameneinin səhhəti ilə bağlı da müxtəlif məluğmatlar dolaşır və onun ağır yaralı olduğu iddiaları səsləndirilir. Lakin bu məlumatlar hələ təsdiqlənməyib və hazırda vəziyyət tam aydın deyil”.

Politoloq əlavə edib ki, ABŞ və İsrail tərəfinin İranın dini rəhbərliyinin varislərinin də hədəf ola biləcəyi barədə bəyanatları mövcuddur. Onun fikrincə, əgər Müctəba Xamenei sağ qalaraq siyasi fəaliyyətini davam etdirərsə və sərt kursu qoruyarsa, o zaman ABŞ və İsrailin diqqət mərkəzində qalmağa davam edə bilər.

“Əgər o, fərqli mövqe sərgiləyər və Qərblə anlaşma xətti götürərsə, müəyyən təhlükəsizlik təminatlarının ortaya çıxması mümkündür. Lakin hazırda SEPAH daha sərt xətt tərəfdarıdır və müharibə mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu qüvvələrin dəstəklədiyi liderin də eyni kursu müdafiə edəcəyi gözlənilir. Bu isə ABŞ və İsraillə qarşıdurmanın davam etməsi deməkdir”, – deyə politoloq vurğulayıb.

Ekspert hesab edir ki, hazırda vəziyyət tam formalaşmayıb və yaxın günlərdə Müctəba Xameneinin vəziyyəti və gələcək siyasi kursu ilə bağlı daha çox məlumat ortaya çıxacaq. Onun sözlərinə görə, yeni liderin hansı xətti seçəcəyi həm də onun təhlükəsizliyi baxımından müəyyənedici amil ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
22
50
konkret.az

10Mənbələr