Mançester Polisi "Mançester Siti"nin oyunçusu Rodri ilə bağlı araşdırmaya başlayıb.
QOL.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb.
Futbolçunun qonşuları hüquq-mühafizə orqanlarına müraciət edərək, Rodrinin onların şəxsi həyatına müdaxilə etdiyini bildiriblər. Belə ki, qonşular Rodrinin onların pəncərələrinə yaxın dronlar uçurduğunu iddia ediblər.
İstintaq Rodrinin penthausunun eyvanında dron idarəedicisi tutduğunu göstərən fotoşəkillərin ortaya çıxmasından sonra başlayıb.
