AZ

General mayor Altay Mehdiyev haqsızlıqdan şikayətlənir BU, CİNAYƏTDİR!

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-mayor Altay Mehdiyev hərbi xidmətdən qanunsuz uzaqlaşdırılması ilə barışmır.

Gununsesi.info-nun xəbərinə görə, general Müqdafiə Nazirliyinin rəhbərliyini ona qarşı qanunsuzluqda, haqqını yeməkdə ittiham edib:

“10 illərlə şəxsi heyəti ilə birlikdə keçirdiyi səngər həyatını, torpaqları itkisiz olaraq azad etməsinə sərf etdiyi sağlamlığını  verəsən, öz şəxsi maraqları üçün çalışanlar səni qurban versin, bu, cinayətdir. 

Başqasının hüquqlarını pozmaqla onun nailiyyətlərini ondan halallıq almadan mənimsəmək isə, həyatda ən böyük bağışlanılmaz günahdır. Bu cür günahı bağışlamaq ixtiyarını hətta Allah-təala da öz üzərinə götürmür”.

Qeyd edək ki, Altay Mehdiyev açıqlamalarında bildirib ki, müdafiə naziri Zakir Həsənovun onu hərbi xidmətdənmüvəqqəti kənarlaşdırdığını və geri qaytacağını vəd etsə də amma buna əməl etməyib.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
icma.az

1Mənbələr