ABŞ prezidenti Donald Tramp bir neçə aydır ki, vitse-prezident J.D. Vance və dövlət katibi Marko Rubio ilə bağlı rəylər toplayır.
Herbiand.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.
Məqalədə qeyd olunur ki, Tramp iki dövlət xadiminin müqayisəsini 2028-ci il prezident seçkiləri kontekstində aparır.
"Seçkilərə hələ 2,5 ildən çox vaxt qalıb, lakin Tramp bu barədə çox düşünür və varis axtarır”.
Ağ Ev rəhbəri vitse-prezident və dövlət katibinin siyasi güclü və zəif tərəfləri barədə məsləhətçiləri, donorları və dostları arasında şəxsi sorğular keçirir.