AZ

Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

SİA-nın bölgə müxbiri xəbər verir ki, bu gün bir qrup Çin vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Qeyd edək ki, bu gün saat 09:00-dan 12:00-dək ümumilikdə 12 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Onların 8-i Çin, 1-i Kanada, 3-si isə Azərbaycan vətəndaşıdır.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
8
sia.az

10Mənbələr