Türkiyənin Malatya əyalətində NATO-nun “Patriot” sistemləri yerləşdirilir
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi NATO qüvvələri tərəfindən ölkənin şərqində yerləşən Malatya əyalətində “Patriot” zenit-raket komplekslərinin (ZRK) yerləşdirildiyini bəyan edib. Bildirilir ki, bu addım regionda cərəyan edən son hadisələr və yaranmış hərbi-siyasi vəziyyət fonunda atılıb.
Sistemlərin yerləşdirilməsi Türkiyənin hava məkanının müdafiəsini gücləndirmək və müttəfiqlik öhdəlikləri çərçivəsində kollektiv təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Məlumata görə, “Patriot” kompleksləri artıq ərazidə quraşdırılır və yaxın vaxtlarda tam hazır vəziyyətə gətiriləcək.
Xuraman Etibarlı
İnterpress.az