AZ

Rıza Baba dan üzücü xəbər Həyat yoldaşı açıqladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin “Arka Sokaklar” serialında “Rıza baba” obrazı ilə tanınan aktyor Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Aktyorun səhhəti ilə bağlı onun həyat yoldaşı Binnaz Ergin açıqlama verib.

O bildirib ki, 83 yaşlı sənətçinin orqanizmi susuz qaldığı üçün səhhətində problem yaranıb və eyni zamanda infeksiya aşkarlanıb.

Binnaz Erginin sözlərinə görə, hazırda aktyorun vəziyyəti yaxşıdır və o, yalnız həkim nəzarətində qalmaq üçün xəstəxanadadır.

Məlumata görə, aktyorun çərşənbə günü yenidən serialın çəkilişlərinə qayıtması planlaşdırılır.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
globalinfo.az

1Mənbələr