Vaşinqton, 10 mart, AZƏRTAC
İranla müharibə çox tezliklə bitəcək.
AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu fikirləri Floridanın Doral şəhərində keçirdiyi mətbuat konfransında açıqlayıb.
O deyib: “Onların liderləri də daxil olmaqla, sahib olduqları hər şey yox olub. Liderlik iki səviyyədə də yoxdur. Əksər insanlar danışdıqları liderlər haqqında heç eşitməyiblər”.
Tramp əlavə edib ki, ABŞ-nin əldə etdiyi hərbi uğurlar həqiqətən də misilsizdir: “2015-ci ildə dedim ki, İranın nüvə silahı əldə etməsinin qarşısını alacağam və vədimi yerinə yetirdim”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton