AZ

"Reuters": ABŞ Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmağı nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyaya qarşı neft sanksiyalarının daha da yumşaldılmasını nəzərdən keçirir.

News365.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, sanksiyaların mümkün yumşaldılması qlobal enerji qiymətlərinin kəskin artımının qarşısını almaq məqsədi daşıyır.

ABŞ-ın energetika naziri Kris Rayt ötən gün bildirib ki, Ağ Ev Hindistanın Rusiya neftini almasına qoyulan qadağanın müvəqqəti olaraq yumşaldılmasına baxmayaraq, Rusiyaya qarşı sanksiya siyasətindən imtina etmək niyyətində deyil.

Amerikalı rəsmi qeyd edib ki, bu, sadəcə qısamüddətli olacaq praqmatik bir tədbirdir. Rayt vurğulayıb ki, bu addım "neft çatışmazlığı qorxularını yatırmaq" və "bazar narahatlığını" azaltmaq məqsədi daşıyırdı.

Seçilən
24
1
news365.az

2Mənbələr