Donald Trump ABŞ-da Konqresdə Respublikaçı üzvlərin toplantısı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İrana qarşı hücumlar yalnız bu rejimin ABŞ, İsrail və ya Vaşinqtonun müttəfiqlərinə qarşı uzun müddət heç bir silah imkanının qalmadığı zaman dayandırılacaq.
Vətəninfo.az xəbər verir ki,ABŞ prezidenti həmçinin İran nümayəndə heyətinin Steve Witkoff ilə apardığı danışıqlara da toxunub. Trampın sözlərinə görə, İran tərəfi uranın zənginləşdirilməsinin dayandırılması müqabilində pulsuz və limitsiz nüvə yanacağı verilməsi kimi təklifləri rədd edib.
O bildirib ki, İran rəsmiləri zənginləşdirmə fəaliyyətini davam etdirmək istəyiblər, çünki onların məqsədi nüvə silahı əldə etmək olub.