Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ alimləri uzunömürlülüyün sirri ilə bağlı maraqlı nəticə əldə ediblər. Araşdırma göstərir ki, bəzi balina növlərində DNT zədələnməsini sürətlə bərpa edən xüsusi protein mövcuddur və bu mexanizm gələcəkdə insan ömrünün uzadılması üçün istifadə oluna bilər.Demokrat.az-ın məlumatına görə tədqiqat "University of Rochester" alimləri tərəfindən aparılıb və nəticələri "Nature" jurnalında dərc olunub. Alimlər bildirirlər ki, məməlilər arasında ən uzunömürlü canlılardan sayılan balinaların hüceyrələrində DNT zədələnməsini çox sürətlə bərpa edən xüsusi molekulyar mexanizm fəaliyyət göstərir.Elmi ədəbiyyatda bu fenomen Peto's Paradox kimi tanınır. Normal şəraitdə bədənin ölçüsü və hüceyrələrin sayı artdıqca xərçəng və mutasiya riski də yüksəlməlidir. Lakin balinalar böyük ölçülərinə baxmayaraq nadir hallarda xərçəngə tutulur və çox uzun ömür sürürlər.Araşdırma zamanı alimlər bu xüsusiyyətin CIRBP adlı proteinlə əlaqəli olduğunu müəyyən ediblər. Məlumata görə, bu protein balina toxumalarında digər məməlilərlə müqayisədə təxminən 100 dəfə daha yüksək səviyyədə olur və hüceyrələrdə DNT-nin bərpasını sürətləndirir.Laboratoriya şəraitində aparılan sınaqlarda bu proteinin xüsusi versiyası insan hüceyrələrinə əlavə edilib. Nəticədə hüceyrələrin DNT zədələnməsini daha dəqiq və sürətli şəkildə bərpa etdiyi müşahidə olunub, mutasiya yığılması isə əhəmiyyətli dərəcədə azalıb.Araşdırmanın müəlliflərindən Vera Gorbunova bildirib ki, əldə olunan nəticələr yaşlanma prosesinin yavaşladılmasının bioloji baxımdan mümkün olduğunu göstərir.Tədqiqatda maraqlı məqamlardan biri də bu proteinin soyuq temperaturun təsiri ilə aktivləşməsi olub. Alimlər müəyyən ediblər ki, bədən temperaturu bir neçə dərəcə aşağı düşəndə hüceyrələrdə DNT bərpa mexanizmi daha fəal işləyir.Tədqiqatçı Andriy Seluanov qeyd edir ki, nəzəri olaraq qısa müddətli soyuq duş və ya soyuq suda üzmək bu proteinin istehsalını stimullaşdıra bilər.Hazırda alimlər bu mexanizmin canlı orqanizmlərdə ömür müddətinə real təsirini müəyyənləşdirmək üçün siçanlar üzərində əlavə təcrübələr aparırlar. Araşdırma uğurlu nəticə verərsə, gələcəkdə yaşlanmaya bağlı xəstəliklərin qarşısının alınması və insan ömrünün əhəmiyyətli dərəcədə uzadılması mümkün ola bilər.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.