AZ

Okan Buruk: “Məqsəd “Liverpul”a qarşı ilk oyundan üstünlük qazanmaqdır”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la ilk oyun barədə gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, qarşılaşma bu gün 21.45-də başlayacaq.

“Çox yüksək səviyyəli bir rəqiblə qarşılaşırıq. Mövsümün əvvəlində çoxlu qələbə qazanıblar, onları son dəqiqələrdə ələ keçiriblər. Onlara qarşı iki oyunumuz var və hər birindəki nəticə çox vacibdir. İlk oyunda mümkün olan ən yaxşı nəticəni əldə etməliyik.

İlk oyun ən vacibdir. Hazırda turnirdə 16 böyük klub var, biz də onların arasındayıq və hər birimizin irəliləmək şansımız var. Məqsədimiz “Liverpul”la ilk oyundan üstünlük qazanmaqdır”, - deyə Buruk UEFA-nın rəsmi saytında bildirib.

İdman.Biz
Seçilən
70
2
idman.biz

3Mənbələr