
İspaniya koalisiya hökumətinin Baş nazir müavini Yolanda Dias Almaniya kansleri Fridrix Mersi ABŞ Prezidenti Donald Trampla görüşü zamanı nümayiş etdirdiyi mövqeyə görə sərt tənqid edib.
AFN.az-ın xəbərinə görə, "Politico" qəzetinə verdiyi müsahibədə Dias bildirib ki, bu gün Avropanın Trampa ehtiram göstərən vassallara deyil, güclü liderliyə ehtiyacı var. O, Mersi yaşadığımız tarixi məqamda işləri necə idarə etməyi bilməyən Avropa İttifaqı liderləri sırasına daxil edib.
Qeyd edək ki, martın 3-də Oval kabinetdə baş tutan görüşdə Tramp İspaniyanı kəskin tənqid edib, Mers isə buna etiraz etmək əvəzinə faktiki olaraq Amerika liderini dəstəkləyib. Almaniya hökumət başçısı hər kəsin müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə qaldırmalı olduğunu qeyd edərək, Madridi hərbi xərcləri artırmağa razı salmağa çalışacağını vəd edib.
Məlumata görə, Ağ Evdə jurnalistlərlə keçirilən 35 dəqiqəlik görüşün təxminən 30 dəqiqəsini Donald Tramp danışıb. Bu, 2025-ci ilin mayında vəzifəsinin icrasına başlayan Fridrix Mersin ABŞ-a üçüncü səfəri idi.