AZ

Tramp ABŞ-nin Kuba üzərində nəzarət qura biləcəyini istisna etməyib

BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kuba ilə bağlı müxtəlif variantları nəzərdən keçirdiyini, o cümlədən ada üzərində nəzarətin qurulmasının mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqtonla Havana arasında razılaşma qaçılmazdır, çünki Kuba hazırda ciddi humanitar böhran yaşayır.

“Bu, dostcasına baş verə bilər, ya da başqa cür. Onların vəziyyəti çox ağırdır. Enerjiləri yoxdur, pulları yoxdur. Onlar dərin humanitar böhran içindədirlər və biz bunu görmək istəmirik”, - deyə Tramp bildirib.

Onun fikrincə, ölkədəki kritik vəziyyət razılaşmanın əldə olunmasını qaçılmaz edir. Tramp hesab edir ki, Kuba hakimiyyəti ya razılaşmaya gedəcək, ya da ABŞ istənilən halda vəziyyəti dəyişə biləcək.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Vaşinqton İranla bağlı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək siyasətini müəyyənləşdirəcək.

Tramp bundan əvvəl də Venesueladan Kubaya neft tədarükünün ABŞ-nin təzyiqləri nəticəsində dayandırılmasından sonra ada ölkəsinin hökuməti və iqtisadiyyatının ciddi çətinliklərlə üzləşdiyini bildirmişdi.

Seçilən
58
teleqraf.com

1Mənbələr