AZ

GECƏ Səhərlər ürəkbulanmasının gizli səbəbləri: Həkimdən açıqlama

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyalı həkim Olqa Malinovskaya səhərlər baş verən ürəkbulanmanın səbəblərindən danışıb.

Oxu.Az-ın xəbərinə görə, Lenta.ru-ya müsahibəsində o, səhər ürəkbulanmasının gizli səbəbləri barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, nadir hallarda səhər ürəkbulanması ürək çatışmazlığı və ya qalxanabənzər vəzi problemləri səbəbindən yarana bilər. Digər səbəblər sırasında qastrit və mədə xorası, reflüks xəstəliyi, pankreatit və ya xolesistit kimi mədə-bağırsaq xəstəlikləri ola bilər.

Bundan əlavə, diabeti olan insanlarda bəzən səhərlər karbohidrat mübadiləsinin pozulması səbəbindən ürəkbulanması baş qaldıra bilir. Bu halda ürəkbulanmadan əlavə, ağızda quruluq, susuzluq və güclü yorğunluq hissi də yaranır.

Olqa Malinovskaya qeyd edib ki, səhərlər ürəkbulanma, həmçinin bəzi dərmanların qəbulu ilə də əlaqəli ola bilər, antibiotiklər və antidepresantlar bu cür simptomlar yarada bilər.

Bundan əlavə, yemək qəbulu arasında uzun fasilə verilməsi səbəbindən yaranan aclıq da ürəkbulanmaya gətirib çıxara bilər. Bu halda, vəziyyət adətən yemək qəbulundan sonra normallaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
oxu.az

1Mənbələr