“Final oynamaq istəyirik".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges deyib.
Braziliyalı legioner mövsümü qızıl dublla bitirmək ehtimalına toxunub:
"Yarımfinalda kiminlə qarşılaşmağın ciddi fərqi yoxdur. Qarşıda bizi finala çıxmaq üçün iki matç gözləyir.
Hədəfimiz kuboku qazanmaqdır.. Əvvəldə dediyim kimi, futbolda hər şey mümkündür. Niyə də yox?! Biz bunu bacararıq".