AZ

Türkiyə İrana NOTA verdi - TƏCİLİ

Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfirini nazirliyə çağırıb.

SİA xəbər verir ki, görüş zamanı İran ərazisindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursatla bağlı Ankaranın ciddi narazılığı Tehrana rəsmi şəkildə çatdırılıb.

Diplomatik mənbələrin bildirdiyinə görə, Türkiyə tərəfi bu hadisəni “son dərəcə təhlükəli və qəbuledilməz” addım kimi qiymətləndirib. Ankara İranın raket və ya ballistik sursatlarının Türkiyə hava məkanına daxil olmasının bölgədə gərginliyi artırdığını və bu cür hadisələrin təkrarlanmamasını tələb edib.

Seçilən
38
2
sia.az

3Mənbələr