AZ

Keniyada daşqınlar 50 ə yaxın can aldı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Keniyada bir neçə gündür davam edən leysan yağışlar ciddi fəsadlar yaradıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünənə olan məlumata görə, daşqınlar nəticəsində ölənlərin sayı 50-ə çatıb.

Ölüm hallarının yarıdan çoxu paytaxt Nayrobidə qeydə alınıb. Onlarla avtomobili sel aparıb, yüzlərlə ev və obyektləri su basıb. Ölkənin bir çox ərazilərində yolların su altında qalması nəqliyyatın hərəkətini iflic edib. Əkin sahələrinə də ciddi ziyan dəyib. 2 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub. Xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Keniya prezidenti Uilyam Ruto təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına ordunun cəlb edilməsi barədə qərar verib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr