AZ

Ərdoğandan sərt mesaj: “İranın Azərbaycana hücumunu qəbul etmirik” - VİDEO

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İranın regiondakı hərbi addımları ilə bağlı sərt bəyanat verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı İranın Azərbaycan və Fars körfəzi ölkələrinə yönəlmiş hücumlarının heç vaxt qəbul olunmayacağını açıq şəkildə bəyan edib.

“Biz açıq şəkildə bildirdik ki, İranın Azərbaycana və Fars körfəzi ölkələrinə qarşı yönəlmiş hücumlarını heç vaxt qəbul etmərik”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, son günlər Türkiyə istiqamətində atılan ballistik raketlər ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. 

“Keçən həftə və bu gün ölkəmizə doğru atılan ballistik raketlər neytrallaşdırıldı və İrana bununla bağlı müvafiq xəbərdarlıqlar edildi”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, bölgədə gərginliyin artması heç bir tərəfin maraqlarına xidmət etmir və bütün tərəflər məsuliyyətli davranmalıdır.

 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr