AZ

ABŞ Rusiya neftinə qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirir



Birləşmiş Ştatlar Rusiya neftinə qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirir.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb. Agentlik xəbər verir ki, Tramp administrasiyası neft sektorunda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını məqbul hesab edir. Mənbənin məlumatına görə, Ağ Evin bu qərarınaa Brent markalı xam neftin qiymətinin kəskin şəkildə düşməsi təsir edib.

Bundan əvvəl Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib ki, sözügedən məsələni ABŞ-la müzakirə edib. O bildirib ki, Qərbin sanksiyaları ümumilikdə qlobal iqtisadiyyata zərər verir.

Anar
Seçilən
32
newscenter.az

1Mənbələr