ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.
Uşakovun sözlərinə görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub:
“Prezidentlər “mövcud beynəlxalq vəziyyətin inkişafını”, xüsusilə Yaxın Şərqdə gərginləşən hərbi eskalasiyanı müzakirə ediblər”.
Xatırladaq ki, bu zəngdən əvvəl – martın 7-də Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla da əlaqə saxlayıb.